Tülkü “həccə” gedir: Nikol Paşinyandan Azərbaycana təklifbackend

Tülkü “həccə” gedir: Nikol Paşinyandan Azərbaycana təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hakimiyyətinə sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurundan istifadə etməklə öz eksklavı olan Naxçıvan şəhəri ilə nəqliyyat əlaqəsini təmin etməyi təklif edib.

O əlavə edib ki, Yerevan insanların, nəqliyyatın və resursların keçidinin təhlükəsizliyinə zəmanət verməyə hazırdır. “Şərq-qərb istiqaməti Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələri üçün də istifadə oluna bilər. Biz Azərbaycana sərhəd və gömrük nəzarəti prosedurlarının sadələşdirilmiş mexanizmlərini, həmçinin hər iki ölkənin yurisdiksiyası və suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin edilməsini təklif etdik”, – Nikol Paşinyan BRİKS sammiti çərçivəsində keçirilən görüşdə deyib.

Ermənistanın baş nazirinin sözlərinə görə, Naxçıvanla əlaqələrin təmin edilməsi İrəvanın istəyi və öhdəliyidir. Eyni zamanda o, Ermənistan hakimiyyətinin onun suveren ərazisində təhlükəsizliyin təmin edilməsində üçüncü ölkənin iştirakına razılıq verməsi ilə bağlı iddiaları rədd edib.

//Samir Qurbanov, Editor.az