Tümen cərrahları bədənində iri şişi olan 95 yaşlı pensiyaçını xilas ediblərbackend

Tümen cərrahları bədənində iri şişi olan 95 yaşlı pensiyaçını xilas ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tümendəki 9 saylı regional xəstəxananın həkimləri 20 ildir ki, böyük yumurtalıq şişi ilə yaşayan yaşlı qadını xilas ediblər.

Editor.az xəbər verir ki, bu barədə ölkənin regional Səhiyyə Nazirliyi məlumat yayıb. 95 yaşlı qadın xəstə qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı həkimlər təqaüdçüdə nəhəng yumurtalıq şişi aşkar ediblər. Ölçüsü 25×30 sm olan xoşxassəli yenitörəmə qadının daxili orqanlarına 20 il ərzində təzyiq göstərərək onların normal fəaliyyətini pozub.

“Çıxış yolu yox idi. Cərrahi müdaxilə tələb olunurdu. Mümkün qədər çox sağlam toxuma saxlamağa və orqanın heç olmasa kiçik bir sahəsini buraxmağa çalışdıq”, – cərrahiyyə şöbəsinin müdiri Muxambetali Miidinov bildirib. Cərrahi müdaxilə uğurlu olub və təqaüdçü onkoloqun nəzarəti altında ambulator müalicəyə buraxılıb.

//Gülnarə Abasova, Editor.az