Hadisə Türkiyədə, Tunceli-Ərzincan avtomobil yolunun 8-ci qar uçqunu tunelində baş verib.
Əldə edilən məlumata görə, tuneldə sürücüləri məlum olmayan avtomobillər toqquşub. Qəzada avtomobildə olan 8 nəfər yüngül yaralanıb.
Hadisə yerinə sağlıq və jandarma qrupları sövq edilib. Yaralılar təcili yardımla Tunceli Dövlət Xəstəxanasına aparılıb və onlara tibbi yardım göstərilib.
//Samir Qurbanov, Editor.az

