Tunis prezidenti Kays Səid 57 hakimi istefaya göndəribbackend

Tunis prezidenti Kays Səid 57 hakimi istefaya göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunis prezidenti Kays Səid imzaladığı fərmanla 57 hakimi korrupsiya və terrorla bağlı araşdırmalara mane olduqlarını əsas gətirərək vəzifəsindən azad edib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Səidin məhkəmə hakimləri ilə bağlı çıxışından sonra rəsmi qəzetdə 57 hakimin işdən çıxarılması barədə qərar dərc olunub. İşdən çıxarılanlar arasında Ali Məhkəmə Şurasının keçmiş rəhbəri Youssef Bouzaker də var.

Xatırladaq ki, prezident Səid keçən il iyulun 25-də baş naziri vəzifəsindən azad edib və ölkə parlamentinin fəaliyyətini dondurub. O, bütün bunlara səbəb vəzifəli şəxslərin ölkəni təhlükəli vəziyyətə sürükləməsi ilə izah edib.

Qeyd edək ki, 2021-ci il 22 sentyabrda Tunis Prezidenti imzaladığı fərmanla öz səlahiyyətlərini genişləndirib. Son olaraq isə Kays Səid 2022-ci ilin fevralında Ali Məhkəmə Şurasının buraxıldığını elan edib.

//Nəzərbəy Hacıağayev, Editor.az