Xəbər verdiyimiz kimi, ötən gün Tunis Prezidenti Kays Səidin əmri ilə bir həftə içində 57 hakim vəzifədən çıxarılıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, prezidentin qərarına etiraz edən məhkəmə hakimləri tətilə çıxıb. Onlar yalnız dəfn proseslərivə terror hadisələri ilə əlaqədar məhkəmə prosesinə girəcəklərini bildiriblər.
Tunis prezidenti isə tətilə gedən hakimlərin maaşının kəsilməsi əmrini verib.
Xatırladaq ki, 1 iyun tarixində prezidentin sərəncamı ilə 57 hakim vəzifədən uzaqlaşdırılmışdı. Qərarın səbəbi isə hakimlərin korrupsioner olması və terror hadisələri ilə əlaqədar məhkəmə işlərində terrorçuların əməllərini ört-basdır etməsidir.
//Nəzərbəy Hacıağayev, Editor.az

