Tural Dadaşovun “İlahi müdaxilə” şərhi Türkiyədə gündəm oldubackend

Tural Dadaşovun “İlahi müdaxilə” şərhi Türkiyədə gündəm oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai TV-nin efirində yayımlanan AVRO-2024-ün Avstriya-Türkiyə görüşünü şərh edən Tural Dadaşovun Mert Günokun qurtarışı ilə bağlı şərhi Türkiyə mediasında gündəmə çevrilib.

Editor.az xəbər verir ki, təcrübəli futbol şərhçisi Tural Dadaşov görüşün əsas vaxtına əlavə olunmuş beşinci dəqiqədə Mert Günokun qurtarışına maraqlı reaksiya verib və qapıçının refleksini “İlahi qurtarış” adlandırıb.

O, şərh zamanı Merih Demiral haqqında “Axan çaya 2-ci dəfə girən adam” fikrini səsləndirib.

Türkiyə mediası isə Tural Dadaşovun bu reaksiyasını “Qardaş ölkə Azərbaycan da ən az bizim qədər sevinir” başlığı ilə tirajlayıb.

Qeyd edək ki, Türkiyə millisi Avstriya ilə görüşdə Merih Demiralın 1-ci və 59-cu dəqiqədə vurduğu qollarla hesabı 2:0 edib. Avstriya millisində isə Mixael Qreqoriç 66-cı dəqiqədə vurduğu qolla yekun hesabı müəyyənləşdirib – 2:1.

Xatırladaq ki, Türkiyə millisinin 1/4 final mərhələsindəki rəqibi Niderland seçməsi olacaq.