Tural Sadıqlı məmurlar tərəfindən necə “verbovka” olundu? – SENSASİON TƏFƏRRÜATbackend

Tural Sadıqlı məmurlar tərəfindən necə “verbovka” olundu? – SENSASİON TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaricdəki söyüş müxalifətinin əsas simalarından olan Tural Sadıqlı və Əfqan Muxtarlı arasında sərt ittihamlar bir sıra məlumatları ortaya çıxarıb.

Ramiz Mehdiyev-Əli Həsənov qərargahı məmurları şantaj eləmək və ölkədə hakimiyyətə etimadı sartsıtmaq məqsədilə Tural Sadıqlıya bir sıra ilginc məlumatlar ötürüb. Mənbənin verdiyi məlumata görə, şantaj xarakterli məlumatlar Tural Sadıqlıiya sevgilisi vasitəsilə çatdırılıb. Bu məsələ Əfqan Muxtarlı və digər blogerlərə tam məlum olmasa da, Tural Sadıqlının birbaşa hakimiyyətdəki bəzi məmurlara və sabiqlərə işlədiyi sübut olunub.

Belə məlum olur ki, hakimiyyət daxilində peyda olan qrup Tural Sadıqlının sevgilisini “verbovka” edərək bütün məlumatları onun vasitəsilə çatıdırıblar. Sevgilisi əvvəlcə bu işə etiraz etsə də, sonradan ona mənzil bağışlanıb. Tural Sadıqlı bunu sonralar etiraf etsə də, məsələni başqa səmtə yönəldib.

Mənbənin veridiyi məlumatda deyilir ki, sevgilisi vaxtaşırı həmin məmurların adamları ilə görüşüb, sistemli iş ortaya qoymaqla guya Turalı informasiya ilə tam təmin ediblər. Bununla da mühüm səlahiyyəti olan məmurlar Tural Sadıqlı vasitəsilə rəqibləri ilə haqq-hesab çürütməyə başlayıblar.

Adıçəkilən məmurların haqqında etik çərçivəyə sığmayan informasiyaların sevgilisi tərəfindən məqsədli şəkildə ötürülməsi əvvəlcə Tural Sadıqlıya da məlum olmayıb. Amma sonralar Sadıqlı bu məlumatların əsas mənbəyini, sevdiyi qıza kimlərin verdiyini təxmini müəyyən edib. Hazırda Tural Sadıqlıya məlumat ötürən məmurlar onun məhv edilməsi planını icra etmək barədə düşünür. Çünki Tural Sadıqlı danışsa, bu şəxslərin sonu çatacaq. Əldə etdiyimiz digər məlumata görə, artıq bəzi dairələrdə yüksək çinli məmurların adı hallanır. Yəqin ki, müvafiq dövlət strukturlarının araşdırmasından sonra bununla bağlı təxirəsalınmaz tədbirlər görüləcək.

Konkret.az