Çinin Filippindəki səfirliyi ölkədə cinayət hadisələrinin artması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir. Səfirliyin bəyanatında deyilir: “Filippinin bəzi bölgələrində son vaxtlar ictimai təhlükəsizliyin pisləşməsi müşahidə olunur. Çin vətəndaşları silahlı soyğunların, valyuta fırıldaqlarının və oğurluğun qurbanı olublar”,- deyə bildirilib.
Diplomatlar tədbirlərin gücləndirilməsini təklif ediblər. Xüsusən də çinlilərə son vaxtlar cinayətlərin baş verdiyi yerlərə getməmək və təkbaşına çölə çıxmamaq tövsiyə olunur. Çin vətəndaşlarına əcnəbilərlə danışmamağa, barlara və karaokelərə getməməyə, ictimai yerlərdə yemək və içkilərin narkotiklə saxtalaşdırılmamasını təmin etməyə çağırılıb.
//Gülnarə Abasova, Editor.az