Türk birliyi addım-addım Turana doğru irəliləyir:” Gələcək türkündür. Gələcək Turan birliyinindir! “backend

Türk birliyi addım-addım Turana doğru irəliləyir: “Gələcək türkündür. Gələcək Turan birliyinindir! “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk birliyi addım-addım daha böyük məfhum olan Turana doğru irəliləyir. Türkdilli dövlətlərin əməkdaşlıq şurasından Türk Dövlətləri Təşkilatı yarandı. Bir sonrakı adının Turan olacağı mütləqdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitik bildirib ki, Türk dünyasının oyanışı Türkiyənin dirçəlişi ilə başlayıb Azərbaycanın dəstəyi ilə irəlilədi:

“Orta Asiya respublikalarının qoşulması ilə isə gücləndi. Turan ideyasının mahiyyətini anlamaq, onun tarixi dəyər və mənasını dərk etmək türk dövlətlərinə asan başa gəlmədi. Bu, illərlə aparılan oyanış və dirçəliş təbliğatının nəticəsi kimi meydana çıxdı. Türk dünyasının soy kökünün, adət-ənənələrinin, tarixi zəfərlərinin, tarixi qəhrəmanlarının yenidən yada salınması nəticəsində, türkə özkeçmişini xatırlatmaqla mümkün oldu. Türkün birliyi Türkiyə-Azərbaycan qardaşlığından başladı, Qarabağ zəfəri ilə öz gücünü isbat etdi, türk dövlətlərinin daha da sıx şəkildə bir-birinə bağlanmasının vacibliyini göstərdi. “Turan birliyi” ideyası artıq geri dönməz yola qədəm qoyub. Bu birliyi istəməyənlər, qarşı olanlar da bunu yaxşı başa düşürlər. Gərginliyin əsas səbəbi də buna görədir. “Turan birliyi” coğrafiyanın bütün xalqlarını öz qanadı altına alacaq. Heç kim özünü zəif və müdafiəsiz hiss etməyəcək. Gələcək türkündür. Gələcək Turan birliyinindir! ”

//Gülnarə Abasova, Editor.az