Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndirbackend

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilir. Cənab prezident İlham Əliyevin də bu zirvə görüşündə iştirakı çox önəmli məsələdir”.

Bunu Editor.az-a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Millət vəkili bildirir ki, prosesdə ən önəmli məqam məhz türk dövlətlərinin bir-birilə sıx birləşməsi və birlik içərisində olmasıdır:

“Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Qazaxıstan ilə Azərbaycanın etnik və mədəni kökləri, dili, ortaq keçmişi olduğunu nəzərə alsaq bu görüşün gedişatının müsbət nəticələr verəcəyinə əminlik verə bilərik”.

Rüfət Quliyev əlavə edir ki, Qazaxıstan Prezidentinin Azərbaycanı öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etməsi isə türk dövlətlərinin birliyinin nişanəsidir.

//Mehin Vəliyeva, Editor.az