Türk əsgərləri Azərbaycana nə vaxt gələcək? – Fuat Oktay açıqladıbackend

Türk əsgərləri Azərbaycana nə vaxt gələcək? – Fuat Oktay açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk əsgərləri ən qısa zamanda Azərbaycanda vəzifələrini icra etməyə başlayacaqlar.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay parlamentdəki çıxışında bəyan edib.

F.Oktay bildirib ki, Türkiyə Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstəyini davam etdirir: “44 gün ərzində işğalçı Ermənistanın Qarabağdan qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya göstərdi. 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq. Bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda, biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq”.