“PKK-nın kod adı “Sofi Nurəddin” olan Suriyadakı terror başçısını məhv edib”.
Editor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti iclasından sonra açıqlamasında bildirib.
Prezident deyib ki, təhlükəli terrorçu Türkiyənin Milli İstihbarət Təşkilatının (MİT) İraqın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində məhv edilib: “13 günahsız insanımızın şəhid edilməsində əmirləri verənlərdən biri də o terrorçudur. Ölkəmizə xəyanət edən, vətənimizin bütövlüyünə təhlükə yaradan, bizə güllə atan hər kəsi eyni aqibət gözləyir”.
R.T.Ərdoğan Türkiyənin Suriya və İraqda PKK-YPG terror təşkilatlarına qarşı mübarizəsini əzmlə davam etdirəcəyini bildirib.
Qeyd edək ki, əsl adı Nürəddin Hələf əl-Məhəmməd olan “Sofi Nürəddin” 2003-cü ildə PKK terrorçubaşısı Abdullah Öcalan tərəfindən Suriyaya göndərilib. Onun hazırda həbsdə olan HDP sədri Səlahəddin Demirtaşla da fotosu var.(avropa.info)

