Sentyabrın 29-da keçirilən hərracda Türkiyənin milli valyutası bir dollar üçün 27,4699 lirəyə kimi ucuzlaşaraq yeni minimuma enib.
Lirənin dollara nisbətdə məzənnəsi cari rübdə 5,5%, ay ərzində demək olar ki, 3% ucuzlaşıb.
Bir müddət əvvəl Türkiyənin Maliyyə Nazirliyi əhalini səbirli olmağa çağırıb və lirənin zamanla sabitləşəcəyini, buna pul siyasətinin sərtləşdirilməsi və uçot dərəcəsinin artırılması ilə kömək olunmalı olduğunu bildirib.
//Samir, Qurbanov, Editor.az

