Türk mühacirləri üçün dönüş nöqtəsibackend

Türk mühacirləri üçün dönüş nöqtəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada koalisiya hökuməti yeni vətəndaşlıq qanunu ilə bağlı razılığa gəlib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsində qanuni yaşayış müddətindən ikili vətəndaşlığa qədər türk mühacirlərinə təsir edəcək bir çox dəyişiklik var.

Almaniyada Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşıllardan ibarət hökumət üzvləri yeni vətəndaşlıq qanunu ilə bağlı razılığa gəliblər. Qanunun yanvarda Bundestaqda müzakirəyə çıxarılacağı gözlənilir.

Noyabrın 30-da parlamentdə ilk müzakirəsi keçirilən qanun layihəsi qanun olarsa, Almaniya çoxlu vətəndaşlığın qarşısını alan qaydadan imtina edəcək.

Beləliklə, ölkədə yaşayan ən böyük mühacir qrupu olan türklər üçün ikili vətəndaşlıq açılacaq. İkili vətəndaşlığın qüvvəyə minməsindən sonra Almaniya vətəndaşlığı üçün müraciət edən türklərin sayında isə ciddi artım gözlənilir.

Qanun layihəsi qanuna çevrilərsə, əvvəllər məhdud sayda vətəndaşa şamil edilən ikili vətəndaşlıq hüququ hər kəs üçün genişlənəcək, əcnəbilərin Almaniya vətəndaşı olması şərtləri də yüngülləşdiriləcək.

Müvafiq olaraq, vətəndaşlıq üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endiriləcək.

Almaniyada iş və ya təhsil sahəsində uğur qazanan, könüllülük fəaliyyəti ilə məşğul olmaq kimi həyat şəraitinə uyğunlaşmaq üçün xüsusi səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər.

İkili vətəndaşlığa icazə verən qanun layihəsi çoxlu vətəndaşlığa da icazə verəcək.

Eyni zamanda, xarici ölkə vətəndaşı olanların Almaniya vətəndaşlığını itirəcəklərini bildirən tənzimləmə də aradan qaldırılacaq.

//Səbinə Hüseynli, Editor.az