Türkiyə-Ermənistan futbol oyunundan əvvəl türk polisinin Azərbaycan bayrağını təhvil aldıqdan sonra öpməsi sosial şəbəkələrdə viral olub.
ötən gün Türkiyə millisinin Ermənistan yığması ilə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşmasında stadiona Azərbaycan bayrağı ilə gələn azarkeşlər yoxlanılıb.
Polisin azarkeşdən təhvil aldığı bayrağı öpməsi isə alqışlarla qarşılanıb.
Xatırladaq ki, Eskişehir Atatürk Stadionunda keçirilən matçda tərəflər bərabərə qalıb – 1:1
Həmin görüntüləri təqdim edirik.

