Türkəyədə müxalif siyasətçi seçkilərdə qələbəni qeyd edərkən balkondan yıxılaraq ölübbackend

Türkəyədə müxalif siyasətçi seçkilərdə qələbəni qeyd edərkən balkondan yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə müxalif siyasətçi Cümhuriyyət Xalq Partiyasının seçkilərdə qələbəsi münasibətilə keçirilən kütləvi şənliklər zamanı dünyasını dəyişib.

Editor.az xəbər verir ki, müvafiq məlumatı partiyanın özü də təsdiqləyib. Dənizli vilayətinin rayonlarından birində partiya təşkilatının sədr müavini Mehmet Palazla qəza baş verib. Türkiyə mətbuatının məlumatına görə 8 nəfərlik müxalifətçi partiyanın qələbəsini binanın qarşısına toplaşan tərəfdarları qarşısında eyvanda qeyd edib.

Bir anda eyvan çöküb. Palaz müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kişi xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Xatırladaq ki, bir gün əvvəl Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçki məntəqələrinin 99,9 faizində səslərin hesablanması göstərir ki, 35 şəhəri Xalq Demokratik Respublikasının nümayəndələri, 24 şəhəri isə hakim Ədalət və İnkişaf Partiyasının üzvləri idarə edəcək.

//Samir Qurbanov, Editor.az