Türkəyədə neft kəməri partladı: ərazidə ekoloji fəlakət təhlükəsi yarandıbackend

Türkəyədə neft kəməri partladı: ərazidə ekoloji fəlakət təhlükəsi yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.

“Mazut sızması NATO neft boru kəmərinin bir qolunun Kocaeli vilayətində yol işləri zamanı deşilməsindən sonra baş verib və yanacağın 4-5 milyon insanı şirin su ilə təmin edən Sapanca gölünə axmasına səbəb olub”, – qəzet bildirir. Yerli kommunal işçilər əmin edirlər ki, neft dağılması insanlara verilən suyun keyfiyyətinə təsir etməyəcək, baxmayaraq ki, bu bəyanat əhali arasında əsaslı şübhələr yaradır.

Məsələ burasındadır ki, çirklənmə su qəbul etmə nöqtəsindən uzaq olsa da, yağ suyun səthinə yayılmağa meyllidir və onun su təchizatına daxil olması an məsələsidir. Ekoloji fəlakət yerində xilasedicilər fəsadları aradan qaldırsa da, yerli su-kanal idarəsi ləğvetmənin nə qədər davam edəcəyini demir.

//Samir Qurbanov, Editor.az