Türkiyə mediası azərbaycanlı jurnalistlərin Ağdam səfərindən yazıb-FOTObackend

Türkiyə mediası azərbaycalı jurnalistlərin Ağdam səfərindən yazıb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonunda səfərdə olublar. Onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.

Səfərdə iştirak edən Editor.az İnformasiya Portalının və Editor İnternet Televiziyasının baş redaktoru Fərid Şahbazlı Ağdam səfərinin təəssüratlarını Türkiyənin tanınmış Haber7.com İnformasiya Agentliyi və “Türkiyə” qəzeti ilə bölüşüb. Baş redaktor Türkiyə mediasına açıqlamasında qeyd edib ki, Ağdam şəhərinin hər nöqtəsində erməni vandallığının izlərinə rast gəlmək mümkündür: “Ermənistan 30 ilə yaxındır işğal altında saxladığı bu şəhəri ancaq dağıtmaq, məhv etməklə məşğul olub. Ağdamın hər tərəfində sadəcə hərbi istehkamlar qurmaqla öz işğalçılıq siyasətlərini möhkəmləndirməyə çalışıblar. Erməni vandalları bütün şəhəri minalayıblar. Birmənalı şəkildə demək olar ki, bu illər ərzində yalnız Ağdamın ərazisi deyil, tarixi, mədəni irsi işğal altında qalıb”.

F.Şahbazlı qeyd edib ki səfər çərçivəsində Ağdam şəhərindəki İmarət qəbiristanlığı ziyarət olunub: “Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarların qəbirüstü türbələri, həmçinin Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb”.

Baş redaktor deyib ki, məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır: “Ağdamda insanlıq dramı yaşanıb, bəşəri vandalizm aktı törədilib. Beynəlxalq ictimaiyyət bu faktlara reaksiya verməlidir”.

Loading...