Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən yeni görüntülər yayılıb-VİDEObackend

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən yeni görüntülər yayılıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr bəyannaməsindən sonra bölgədə atəşkəsə əməl olunmasını izləmək üçün yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən yeni görüntülər yayımlanıb.

Editor.az “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən əsgərlərin bölgədəki atəşkəs rejimini müşahidə etməyə davam etdikləri bildirilib.

Rusiya müdafiə nazirliyinin rəsmiləri ortaq monitorinq fəaiyyəti çərçivəsində bölgədəki vəziyyətin  “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatları ilə 7/24 müşahidə edildiyini qeyd ediblər. 

//Gülnarə Abasova, Editor.az

Loading...