Qəzza zolağında atəşkəsin bu gün, oktyabrın 8-də elan olunması mümkündür.
Editor.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Turkiye Today” nəşrinə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar davam edir və razılıq əldə olunduğu təqdirdə, dörd əsas istiqamətdə razılaşma əldə ediləcək.
“Əgər bu gün müsbət nəticə əldə olunarsa, həmin dörd hədəfli məsələ həll ediləcək və atəşkəs elan olunacaq”, — deyə Fidan vurğulayıb.
Xatırladaq ki, son günlər Qəzza zolağında vəziyyətin gərginliyi ilə bağlı beynəlxalq səviyyədə diplomatik səylər gücləndirilib.
//Samir Qurbanov, Editor.az

