Türkiyədə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların siyahısı açıqlanıbbackend

Türkiyədə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların siyahısı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə may ayında keçiriləcək seçkilərdə iştirak edə biləcək siyasi partiyaların siyahısını təsdiqləyib.
Editor.az bildirir ki, bu barədə ölkənin Ali Seçki Şurasının bəyanatında deyilir.

Siyahıya ümumilikdə 36 partiya daxildir. Qərara əsasən, səsvermə mayın 14-nə təyin edilib və 9 saat – 08:00-dan 17:00-a kimi davam edəcək. Bütün seçki məntəqələri bağlandıqdan sonra səslərin hesablanmasına başlanılacaq.

Bununla paralel olaraq KİV-lər işlənmiş bülletenlərin məlumatlarını onlayn olaraq dərc edəcəklər. Seçki günü Türkiyə xalqı həm yeni prezidenti, həm də parlamenti seçəcək. Dövlət başçısı vəzifəsinə namizədlərdən heç biri 50 faizlik həddi aşa bilməsə, ikinci tur mayın 28-də keçiriləcək.

Qeyd edək ki, ilkin olaraq Türkiyədə ümumi seçkilər iyunun 18-də keçirilməli idi. Lakin bir gün əvvəl prezident Rəcəb Tayyib Ərdoğan onların təxminən bir ay əvvəl keçirilməsi ilə bağlı fərman imzalayıb. Türkiyə lideri seçkilərin mayın 14-nə təxirə salınmasını “mövsümi şəraitlə” izah edib.

//Samir Qurbanov,Editir.az