Türkiyə-Amerika əlaqələri təkcə təhlükəsizlik sahəsində deyil, həm də iqtisadiyyatda inkişaf etdirilməlidir.
Editor.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə Ərəb” telekanalına müsahibəsində deyib. O xatırladıb ki, Ankara ilə Vaşinqton arasında münasibətlərdə təhlükəsizlik həmişə əsas ox olub.
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğanın bir qədər əvvəl qeyd etdiyi kimi, müasir reallıqlarda iqtisadiyyat təhlükəsizlikdən heç də az əhəmiyyət kəsb etmir. “Prezidentimiz dedi ki, təhlükəsizlik mühüm sütundur, lakin indi müasir dünyada yaşadığımız üçün iqtisadiyyat təhlükəsizlikdən az əhəmiyyət kəsb etmir. Ona görə də iki ölkə arasında ticarət həcmini 100 milyard dollara çatdıraq” – Hakan Fidan deyib.
Türkiyə prezident Donald Trampın dövründə ABŞ ilə iqtisadi əlaqələri yeni səviyyəyə qaldırmağa ümid edir. İqtisadi əlaqələrimizin ən azı təhlükəsizlik əlaqələrimiz qədər əhəmiyyətli olduğu bir nöqtəyə çatmaq istəyirik” – Hakan Fidan vurğulayıb.
//Samir Qurbanov, Editor.az