Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanların Ramazan bayramı münasibətilə xalqa müraciətində bildirib ki, Türkiyə Yaxın Şərqdə artan hərbi münaqişə fonunda ayıq-sayıqdır.
O qeyd edib ki, İrana edilən hücumlar, eləcə də İranın buna cavab olaraq həyata keçirdiyi hücumlar regiondakı ümumi vəziyyəti daha da gərginləşdirir. “İsrailin təşəbbüsü ilə 28 fevralda qonşumuz İrana edilən hücumlar və İranın ardınca üçüncü ölkələrə qarşı raket və pilotsuz təyyarə hücumları bölgəmizdə gərginliyi daha da artırıb.” – Rəcəb Tayyib Ərdoğan bildirib. O, həmçinin vurğulayıb ki, Türkiyə Respublikası hava məkanının pozulması ilə bağlı qəti mövqe tutur. “Biz heç vaxt ayıq-sayıqlığımızı itirmirik və ehtiyatlıyıq. Hava məkanımızı pozan hərəkətlərə qarşı çox qətiyyətli mövqe tuturuq və ölkəmizin sülh və təhlükəsizliyini gücləndirmək üçün addımlar atmağa davam edirik.” – prezident deyib.
Türkiyə lideri Hörmüz boğazının blokadasından da bəhs edərək bildirib ki, Ankara “neft və təbii qaz qiymətlərinin həddindən artıq artmasının inflyasiya ilə mübarizəyə mane olmaması üçün hər cür səy göstərir”. Bundan əlavə, Türkiyə prezidenti qeyd edib ki, İsrail qarşıdan gələn bayrama baxmayaraq atəşkəsi pozur və Qəzza zolağına zərbələr endirir.
//Samir Qurbanov, Editor.az

