Türkiyə – Azərbaycan matçında üç qol vurulub, birinci hissə başa çatıb – YENİLƏNİBbackend

Türkiyə – Azərbaycan matçında üç qol vurulub, birinci hissə başa çatıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə – Azərbaycan oyunun birinci hissəsi başa çatıb.

Türkiyə yığması birinci hissənin son dəqiqələrində qol vuraraq fasiləyə üstün yollanıb.

45-ci dəqiqədə Kaan Ayhan fərqlənib  2:1.

21:38

Türkiyə millisi qısa müddət ərzində matçda hesabı bərabərləşdirib.

34-cü dəqiqədə Halil Dərvişoğlu cərimə zərbəsindən sonra edilən ötürməni başla qola çevirdi – 1:1.

İngiltərənin “Brentford” klubunun 21 yaşlı hücumçusu millidəki debüt matçında ilk qolunu yığmamıza vurdu.

21:32

Azərbaycan və Türkiyə milliləri arasında keçirilən oyunda hesab açılıb.

28-ci dəqiqədə Abbas Hüseynovun cinah  ötürməsindən sonra Emin Mahmudov hesabı açdı – 1:0.

21:06

Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu başladı.

Qarşılaşma Türkiyənin Alanya şəhərində keçirilir.

20:40

Azərbaycan və Türkiyə milliləri arasında bu gün Alanyada keçiriləcək yoldaşlıq oyunu üçün heyətlər açıqlanıb.

Komandalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaqlar:

Türkiyə: 12. Altay Bayındır, 2. Mərt Müldür, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 7. Cengiz Ünder, 9. Halil İbrahim Dervişoğlu, 11. Halil Akbunar, 15. Taylan Antalyalı, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 22. Kaan Ayhan (k).

Ehtiyat oyunçular: 1. Mərt Günok, 23. Gökhan Akkan, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 8. Kerem Aktürkoğlu, 10. Abdülkadir Ömür, 13. Umut Meraş, 14. Mahmut Tekdemir, 16. Enes Ünal, 17. Efecan Karaca.

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 17. Elvin Cəfərquliyev, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 3. Azər Salahlı, 4. Rahil Məmmədov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 10. Murad Xaçayev, 14. Hoccət Haqqverdi, 16. Sərtan Taşkın, 19. Təmkin Xəlilzadə, 21. Toral Bayramov, 22. Rəhim Sadıxov.