Türkiyə – Azərbaycan – Pakistan birgə hərbi təlimləri keçiriləcəkbackend

Türkiyə – Azərbaycan – Pakistan birgə hərbi təlimləri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Azərbaycan və Pakistanla birgə hərbi təlimlər keçirməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib. Məlumata görə, sentyabrın 18-dən 30-dək Türkiyə və Pakistan “Əbədi Qardaşlıq – II” hərbi təlimləri keçirəcək.

Bundan əlavə, “Qafqaz Qartalı” təlimlərində Türkiyə və Azərbaycanın xüsusi təyinatlıları da iştirak edəcək. Onu da əlavə edək ki, Ankara və Bakı hazırda ikitərəfli SAT-SAS təlimləri keçirir.

Onlar sentyabrın 8-də başlayıb və sentyabrın 15-də başa çatacaq.

//Samir Qurbanov, Editor.az