Türkiyə Bakıya gələcək Benyamin Netanyahunun təyyarəsi üçün hava məkanını açdıbackend

Türkiyə Bakıya gələcək Benyamin Netanyahunun təyyarəsi üçün hava məkanını açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-İsrail Alyansı (AİA) xəbər verir ki, Ankara Bakıya səfər edəcək İsrailin baş naziri Benyamin Netanyahunun təyyarələri üçün Türkiyə hava məkanından istifadəyə icazə verib.

Xatırladaq ki, Netanyahunun Azərbaycana gözlənilən səfəri ilə bağlı daha əvvəl mətbuatda məlumat dərc olunub. İsrail mətbuatının yazdığına görə, siyasətçi Bakıya mayın 7-də gələcək və onun səfəri mayın 11-dək davam edəcək. 8-də Netanyahunun Azərbaycan lideri İlham Əliyev, eləcə də yəhudi icmasının üzvləri ilə görüşü planlaşdırılır.

//Samir Qurbanov, Editor.az