Türkiyə Ticarət Nazirliyi Suriyadan mal idxalına icazə verib. Bu barədə ölkənin Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş jurnalistlərlə söhbətində danışıb.
“Türkiyə Quru və Dəniz Limanları Baş İdarəsi və Ticarət Nazirliyinin görüşləri və müzakirələri Suriya mallarının və ərzaq məhsullarının Türkiyə bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərara səbəb olub”, – Mazen Alluş bildirib.
Daha əvvəl Türkiyə ilə Suriyanın azad ticarət razılaşmasını yeniləyə biləcəyi bildirilirdi. Tərəflər həmçinin bəzi mal növləri üzrə gömrük rüsumlarına yenidən baxılması məsələsini də müzakirə edə bilərlər.
//Samir Qurbanov, Editor.az