Türkiyə boğazlardan keçid rüsumunu artırdıbackend

Türkiyə boğazlardan keçid rüsumunu artırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul və Çanaqqala boğazlarından gəmilərin keçməsi bahalaşacaq.

Editor.az bildirir ki, bu barədə ölkənin nəqliyyat departamenti xəbər verir: “Xarici ticarət gəmilərinin İtanbul və Çanaqqala boğazlarından keçməsi üçün rüsum iyulun 1-dən xalis ton üçün 5,07 dollara qaldırılır. Bir il əvvəl tətbiq edilən rüsum isə 4,42 dollar olub”, – Türkiyə Nəqliyyat Nazirliyindən bildiriblər. İdarə qeyd edir ki, tarif artımı ölkə prezidentinin imzaladığı sərəncama əsasən həyata keçirilib.

Ticarət gəmilərinin İstanbul və Çanaqqala boğazlarından tranzitinə görə ödənişlərin artırılmasının əsas səbəbi Türkiyənin öz gəlirlərini artırmaq və dünya səhnəsində bir oyunçu kimi mövqeyini gücləndirmək istəyi olub. Boğaz rüsumlarının artırılması beynəlxalq dəniz ticarətinin strukturunda dəyişikliklərə səbəb ola bilər.

Beynəlxalq daşımalarla məşğul olan şirkətlər Türkiyə boğazlarından keçid üçün artan xərclərlə üzləşə bilər ki, bu da öz növbəsində logistika və malların qiymətində dəyişikliklərə gətirib çıxaracaq.

//Samir Qurbanov, Editor.az