Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qapalı iclas keçirilibbackend

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qapalı iclas keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Məclis sədrinin müavini Cəlal Adanın sədrliyi ilə toplanıb.

Editor.az türk mediasına istinadən xəbər verir ki, iclasın əvvəlində icra hakimiyyəti Ukraynadakı son hadisələrlə bağlı çıxış etməyi tələb edib.

Bu tələbi yerinə yetirəcəyini deyən Cəlal Adan siyasi partiyalara söz haqqı verəcəyini bildirib. 

Daha sonra Adan AK Partiya Qrupunun iclasın qapalı keçirilməsi təklifini səsverməyə qoyub. Təklif qəbul edildikdən sonra Adan Ümumi Yığıncaq Salonunda ola biləcək üzvlər istisna olmaqla, salonun boşaldılmasını tələb edib. Sonra qapalı iclas keçirilib.

Qapalı iclasda xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi və regionda baş verənlər barədə deputatlara məlumat verəcək.

//Gülnarə Abasova, Editor.az