Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsveçin Şimali Atlantika Alyansına üzv olmasını Ankaranın tələblərini yerinə yetirmək niyyətində olmayan Stokholmun “həyata keçirilməz arzusu” adlandırıb.
Editor.az xəbər verir ki, Kurtulmuş bu sözləri deyərkən Türkiyə, İsveç və Finlandiya arasında üçlü razılaşmanı xatırladıb. “Türkiyə sözünə cavabdeh olan bir ölkədir… Lakin biz həm də rəqiblərimizin sözünün üstündə durmasını istəyirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək sadəcə xəyaldır”, – deyə Türkiyə parlamentinin sədri “Milliyet” qəzetinə müsahibəsində bildirib.
Türkiyə parlamentinin sədri onu da bildirib ki, Ankara hazırda “terror təşkilatlarını dəstəkləyən və onlara sığınacaq verən” İsveçin alyansa qoşulmaq istəyinə görə “güclü təzyiq” altındadır. Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Stokholmda Quranın yandırılmasını şərh edərkən bildirmişdi ki, Ankara ölkədə islamofobiya ilə mübarizə aparmayınca İsveçin Şimali Atlantika Alyansına qoşulmasına “hə” deməyəcək.
//Samir Qurbanov,Editor.az

