Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasından İsveçə yaşıl işıqbackend

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasından İsveçə yaşıl işıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya daxil olması ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.

Editor.az bildirir ki, bu barədə “TRT Haber” məlumat verib. İndi sənəd səsvermə üçün Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasına göndərilməlidir. Parlament komissiyasının rəhbəri, Türkiyənin sabiq vitse-prezidenti Fuat Oktay bildirib ki, İsveçin terrorla mübarizə səyləri yetərli deyil və İsveçin NATO-ya üzv olmasıq üçün müraciətinin təsdiqlənməsi barədə hələlik birmənalı danışmaq mümkün deyil.

Bununla belə, komissiyanın iclasında ölkənin alyansa daxil olması ilə bağlı protokol səs çoxluğu ilə təsdiqlənib. Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında səsvermənin vaxtı hələ müəyyən edilməyib. Onun yanvar və fevral ayları üçün keçiriləcək iclaslarının qrafiki hələ tərtib edilməyib.
Qeyd edək ki, İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib.

Türkiyə və Macarıstan istisna olmaqla, alyansın bütün ölkələri onun üzvlüyünü ratifikasiya edib. Ankara Stokholm qarşısında ölkənin alyansa qoşulmasını ratifikasiya etməyə hazır olduğu şərtlər qoyub. Onlar Türkiyə hakimiyyətinin terrorçu hesab etdiyi kürd fəallara və türk müxalifətçilərinə sığınacaq verilməsi ilə bağlı Finlandiya və İsveçin siyasətlərinə yenidən baxılmasının zəruriliyini müzakirə ediblər.

//Samir Qurbanov, Editor.az