KİV-in məlumatına görə, 13 dövlət BRİKS-in tərəfdaş ölkəsi statusu alıb. Onların arasında Türkiyə də var.
Bu barədə qərar təşkilatın hazırda Tatarıstanın paytaxtında keçirilən sammiti çərçivəsində qəbul edilib. Siyahıya Türkiyədən başqa Qazaxıstan, Əlcəzair, Belarus, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam da daxil olub. Bu ölkələr hazırda BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmağı planlaşdırmırlar, lakin təşkilatla qarşılıqlı əlaqələri inkişaf etdirməyi düşünürlər.
Qeyd edək ki, BRİKS-in Kazan sammiti oktyabrın 22-dən 24-dək keçirilir.
//Samir Qurbanov, Editor.az