Türkiyə Brüsseldən daha ağıllı və ədalətli yanaşma gözləyirbackend

Türkiyə Brüsseldən daha ağıllı və ədalətli yanaşma gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidan Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varqeyi ilə telefon danışığı zamanı bildirib ki, Ankara Türkiyənin Avropaya inteqrasiyası məsələsində Brüsseldən daha ağıllı və ədalətli yanaşma gözləyir.

Editor.az xəbər verir ki, tərəflər Aİ sammitinin nəticələrini müzakirə ediblər. Fidan həmçinin Avropanın gömrük ittifaqının yenilənməsi, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi və viza rejiminin sadələşdirilməsi istiqamətində konkret addımlar atacağına ümid etdiyini bildirib. O, əlavə edib ki, Ankara ilə Avropa arasında münasibətlərə dair bəyanata baxılmasını növbəti sammitə təxirə salınmasını düzgün hesab etmir.

Xatırladaq ki, sənədi Avropa Komissiyası və Josep Borrell hazırlayıb.

//Samir Qurbanov, Editor.az