Türkiyə bu cinayətlə ÇALXALANIR: Qızı evinə aparıb bədəninə ülgüclə öz adını yazdı, sonra… – TƏFƏRRÜAT / FOTObackend

Türkiyə bu cinayətlə ÇALXALANIR: Qızı evinə aparıb bədəninə ülgüclə öz adını yazdı, sonra… – TƏFƏRRÜAT / FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada 5 gündür itkin düşən jurnalistika fakültəsinin tələbəsi Azra Gülendam Haytaoğlunun vəhşicəsinə qətlə yetirildiyi cinayətin detalları bəlli olub.

Editor.az xəbər verir ki, ailəsinin şikayətindən sonra, hadisə ilə əlaqədar araşdırmaya başlayan Antalya Polis Şöbəsi Cinayət Bürosuna bağlı qruplar Azranın son olaraq cib telefonu ilə inşaat mühəndisi və daşınmaz əmlak ofisi sahibi Mustafa Murat Ayhanla danışdığını təyin ediblər. Cinayət qrupu Ayhani sorğu-suala tutduğu zaman o ilk ifadəsində “Biz görüşmüşdük, gəldi, birlikdə yemək yedik, getdi.Başqa məlumatım yoxdur” deyib. Polis daha sonra Ayhanı sərbəst buraxıb.

Cinayət qrupu daha sonra müşahidə kameraları və ətrafdakı iş yeri təhlükəsizlik kamerası görüntülərini araşdırdıqları zaman görüntülərdə Mustafa Murat Ayhanın eyni çamadanla bir neçə dəfə Konyaaltı rayonundakı evindən çıxdığı müəyyən ediblər. Bu məlumatdan sonra Ayhan yenidən nəzarətə götürülüb. Yenidən sorğu-sual edildikdən sonra Ayhan cinayəti törətdiyini etiraf edib.

Məlum olub ki, o qızı evinə apararaq zorlayıb daha sonra isə boğub. Qızın bədəninə ülgüclə adını yazan qatil manyak Arzanın başını və sol budunu bədənindən ayırıb. Bundan sonra cəsədi hamam otağında daha 5 parçaya ayıraraq və çamadana doldurub meşədə basdırıb. Cinayət şübhəlisi cinayəti etiraf etdikdən sonra cəsədin göstərilən ünvanda yerini göstərib. Ünvana gedən polislər, gənc qızın cəsədini parçalarını tapıblar. Haytaoğlunun cəsədinin qalıqları yarılma üçün Antalya Ədli Tibb İnstitutunun meyitxanasına aparılıb. Qatil qızın cəsədinin bir qismini meşədə basdırdığı üçün dünən axşamdan başlayaraq, meşə ərazisində axtarış işləri hələ də davam edir. Gənc qızı qətl etdiyini etiraf edən cinayətkar Mustafa Murat Ayhann isə törətdiyi vəhşiliklərin cəzasını çəkmək üçün həbsxanaya göndərilib.

Loading...