“Ərdoğanın Afrikadan geri dönüşdə İranla bağlı verilən suala cavab olaraq bu ölkədəki milyonlarla azərbaycanlıdan bəhs etməsi təqdirəlayiq haldır. Türkiyə bu yolla həm İrana xatırlatmağa çalışır ki, Azərbaycanla təxribat diliylə danışmağa davam etsən qarşılaşacağın ən böyük problem elə öz daxilində olacaq. Bildiyimiz kimi, İran əhalisinin 40 faizini azərbaycanlılar təşkil edir. Ordu sistemində azərbaycanlıların yerini və rolunu nəzərə alsaq, demək olar ki, İranın cənubi azərbaycanlılarla konfrontasiyaya getməsi böyük qarşıdurmalara gətirib çıxara bilər. Xüsusən fars ölkəsinin indiki vəziyyətində nüvə silahıyla bağlı Qərbin qəzəbinə tuş gəldiyini düşünsək, 40 milyonluq əhali ilə qarşıdurma xarici dəstəklə ciddi təşkilatlanmanın formalaşmasına səbəb ola bilər ki, bu da İslam Respublikasının birmənalı parçalanmasına aparar”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Rəcəb Tayyib Ərdoğan həm də cənubi azərbaycanlılara mesaj göndərir ki, soydaşlarımızın məsələsinə biganə qalmayın və şimal dövlətinizin suverenliyuinə təhdidləri cavabsız qoymayın:
“Düşünürəm ki, “Arazı ayırdılar” şeirindən sonra əl-ayağa düşən İran Türkiyə prezidentinin budəfəki açıq bəyanatından sonra düşmənçilik mövqeyinə keçəcəklər. Lakin Anadolu türklərinin deyimini də yada salsınlar ki, “kəskin sirkə küpünə zərərdir”.
//Gülnarə Abasova, Editor.az

