“Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq” – TBMM sədribackend

“Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq” – TBMM sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop TBMM-də Xocalı soyqırımı ilə bağlı anım mərasimində deyib.

O qeyd edib ki, Türkiyə təkcə bir qardaş kimi deyil, eyni zamanda haqlı olduğu üçün Azərbaycanın yanındadır.

M.Şentop 44 günlük Vətən müharubəsi haqqında danışaraq Azərbaycan xalqının böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. O qeyd edib ki, bu Vətən müharibəsində qələbə ermənilərin Azərbaycan xalqına vurduğu yaralara bir qədər də olsa məlhəm sürə bildi.