Türkiyə bütün PLANLARI ALT-ÜST ETDİ: Rusiya və ABŞ buna məcbur qaldıbackend

Türkiyə bütün PLANLARI ALT-ÜST ETDİ: Rusiya və ABŞ buna məcbur qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin hazırladığı yeni müharibə strategiyası ABŞ və Rusiyanın planlarını alt-üst edib.

Editor.az xəbər verir ki, “Bayraktar TB2”lərin Qarabağ, Donbas və Liviya bölgələrindəki nailiyyəti nəticəsində ABŞ və Rusiya hava müdafiə sistemini yeniləmək və ya yeni məhsullarını nümayiş etdirmək üçün addımlar atmağa başlayıb.

ABŞ və Rusiya yeni inkişaf edən silahlı pilotsuz uçuş aparatları texnologiyalarına qarşı müdafiəsiz qalıblar. Rusiya Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larına qarşı müdafiəsiz qaldıqdan sonra “Pantsir” hava hücumundan müdafiə raket və artilleriya sistemini yeniləməyə başlayıb. ABŞ isə Arizona səhralarında PUA-lara qarşı hazırlanmış xüsusi hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirib.

Amerika ordusu tərəfindən kritik problem kimi qəbul edilən silahlı PUA-lar ənənəvi hava hücumundan müdafiə sistemləri ilə dəf edilə bilməz. Rusiyanın Donbas bölgəsində “Bayraktar TB2” PUA-larına qarşı hava sistemlərindən istifadə edilməsi və xərclərin daha da artırılması ABŞ ordusunda müzakirə olunur.

“Ölkələr kompleks, sinxron hücumlar həyata keçirmək üçün PUA-lardan istifadə edə biləcəklərini nümayiş etdirdilər ki, bu da hərbi və mülki obyektlər üçün artan təhlükənin aradan qaldırılmasını getdikcə daha vacib edir” – ABŞ rəsmisi bildirib.

Publika.az