Türkiyə çempionu ilk xallar üçün meydana çıxır: ÇL-də gərgin mübarizə – AFİŞAbackend

Türkiyə çempionu ilk xallar üçün meydana çıxır: ÇL-də gərgin mübarizə – AFİŞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda bir-birindən maraqlı qarşılaşmalar azarkeşləri gözləyir.

Turun ilk oyunları 20:45-də A və C qruplarında start götürəcək.

A qrupunda “Brügge” evində “Mançester Siti”ni qəbul edəcək. İki oyundan sonra Belçika təmsilçisi 4 xalla ikinci, “şəhərlilər” isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

C qrupunda isə eyni vaxtda “Beşiktaş” İstanbulda “Sportinq”i qonaq edəcək. Hər iki kollektiv  qrupda ilk xallarını qazanmaq uğrunda mübarizə aparacaq.

Qrup mərhələsinin digər qarşılaşmaları isə 23:00-da start götürəcək:

A qrupu:

PSG – “Leypsiq”

B qrupu:

“Atletiko” – “Liverpul”

“Porto” – “Milan”

C qrupu:

“Ayaks” – “Borussiya”

D qrupu:

“İnter” – “Şerif”

“Şaxtyor” – “Real”

Bu gün həmçinin UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bir qarşılaşma baş tutacaq.

G qrupunda keçirdiyi ilk 2 qarşılaşmasında məğlub olan “Seltik” və “Ferentsvaroş” kollektivləri münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 18:30-da start götürəcək.