Türkiyə daha iki AES tikməyi planlaşdırır – bu dəfə çox güman ki, Rusiyasızbackend

Türkiyə daha iki AES tikməyi planlaşdırır – bu dəfə çox güman ki, Rusiyasız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Türkiyənin Mersin şəhərində inşa etdiyi ilk Atom Elektrik Stansiyası – “Akkuyu” tezliklə fəaliyyətə başlayacaq.

Türkiyə hökuməti gələcəyə baxır və artıq daha iki atom elektrik stansiyası tikmək planlarını həyata keçirir.

Editor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, yeni stansiyalar “Akkuyu” ilə eyni gücə malik olacaq – ildə 35 milyard kilovatsaat elektirik enerjisi istehsal edəcək. Planlaşdırılan atom elektrik stansiyaları ilə bağlı məlumdur ki, onlardan biri Trakyada – Türkiyənin Avropa hissəsində, ikincisi Sinopda – Qara dənizdə peyda olacaq. “İkinci AES-in tikintisi layihəsinə Rusiya, Cənubi Koreya və Fransa maraq göstərir. Trakyada üçüncü AES-in tikintisi layihəsi ilə bağlı Çinlə danışıqlar uzun illərdir ki, davam edir.

Biz istəyirik ki, hökumətlərarası sazişləri hazırlayıb təsdiq üçün parlamentə göndərək”, – Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar deyib. Tikinti lisenziyaları qarşıdakı beş il ərzində alına bilər və bu zaman Türkiyənin iki yeni atom elektrik stansiyasının təməl daşı atılacaq.

Xatırladaq ki, ilk Akkuyu enerji bloku 2024-cü ilin oktyabr ayının sonunda işə salınacaq, AES-də dörd enerji bloku var.

Tam gücü ilə işləyən stansiya Türkiyəni 10% elektrik enerjisi ilə təmin edəcək. Müvafiq olaraq, layihələr həyata keçirilsə və ölkə daha iki atom elektrik stansiyası yaradarsa, Türkiyənin ehtiyaclarını üçdə biri ödəniləcək.

//Samir Qurbanov,Editor.az