Türkiyə DİN HƏRƏKƏTƏ KEÇDİ: Xüsusi yoxlama başladıldıbackend

Türkiyə DİN HƏRƏKƏTƏ KEÇDİ: Xüsusi yoxlama başladıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Böyükşəhər Bələdiyyəsində terror təşkilatlarına bağlı kadrların olması ilə bağlı müraciətlərdən sonra məsələnin araşdırılması üçün xüsusi yoxlama başladıb.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

“İstanbul Böyükşəhər Bələdiyyəsində, ona bağlı təşkilatlarında və şirkətlərində işə götürülən kadrlardan, 455-nin PKK/KCK, 80-nin DHKP-C, 20-nin MLKP, 2-nin MKP, bəzilərinin isə FETÖ və digər terror təşkilatları ilə əlaqəsinin olması ilə bağlı müraciət, şikayət və əldə edilmiş nəticələr əsasında nazirliyimiz tərəfindən məsələnin hərtərəfli araşdırılması üçün xüsusi yoxlama başladılıb.

Bundan əlavə, DİAYDER referansı ilə PKK terror təşkilatıyla əlaqəli şəxslərin İstanbul Böyükşəhər Bələdiyyəsində yerləşdirildiyinə dair İstanbul Vilayət Jandarma Komandanlığı tərəfindən aparılan araşdırmalar nəticəsində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədəki iddialar və təsbitlər də yuxarıda qeyd olunan xüsusi yoxlamanın əhatə dairəsinə daxildir”, – nazirlikdən bildirilib.

//Editor.az