Türkiyə dünyanın 11-ci ən böyük silah ixracatçısıdırbackend

Türkiyə dünyanın 11-ci ən böyük silah ixracatçısıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünya üzrə silah və hərbi texnika satışı ilə bağlı 2019-2023 və 2014-2018-ci illəri müqayisə edən hesabatını ictimaiyyətə təqdim edib.

Editor.az xəbər verir ki, hesabatda Ukrayna-Rusiya və İsrail-Həmas müharibələrinin bir çox ölkənin idxal və ixracına təsirinə diqqət çəkilib. Hesabata görə, son 10 ildə Avropanın silah idxalı təxminən iki dəfə artıb, ABŞ və Fransanın ixracı artıb, Rusiyanın ixracı isə kəskin şəkildə azalıb. Qlobal silah ticarətinin həcmi 3,3 faiz azalıb. Hesabatda Türkiyə silah satışını artıran ölkə olaraq önə çıxıb.

Hesabatda yer alan dövrlər arasında Türkiyə silah ixracatını təxminən iki dəfə yüzdə 106 artırdı. SIPRI-nin hesabatına görə, Türkiyə dünyanın 11-ci ən böyük silah ixracatçısı olub. Ən çox silah ixrac edən 10 ölkə ABŞ, Fransa və Rusiyadan sonra İtaliya, Cənubi Koreya, Çin, Almaniya, Böyük Britaniya, İspaniya və İsraildir. Türkiyə yüzdə 15 ilə Birləşmiş Ərəb Əmirliklərinə ən çox silah satıb, ikinci ölkə yüzdə 13 ilə Qətərə, üçüncü ölkə isə yüzdə 11 ilə Pakistana satılıb.

//Gülnarə Abasova, Editor.az