Türkiyə Ermənistan Atom Elektrik Stansiyasının bağlanmasını tələb edirbackend

Türkiyə Ermənistan Atom Elektrik Stansiyasının bağlanmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə parlamentinə vətəndaşlardan Ermənistan Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı müraciət daxil olub.

Editor.az bildirir ki, bu barədə qanunverici orqanda məlumat verilib. Məktubda qeyd olunur ki, AES-in təhlükəsizlik statusu müasir standartlara cavab vermir.

Fəlakətdən qaçmaq üçün onun fəaliyyətini dayandırmaq lazımdır. Öz növbəsində Türkiyə Qanunvericilik Məclisi MAQATE-dən Atom Elektrik Stansiyasının bağlanmasına köməklik etməyi tələb edib.

Parlament radiasiya təhlükəsinin artması ilə əlaqədar İğdırın sərhəd qəsəbəsində məlumatlandırma tədbirlərinin keçirildiyini bildirib.

Həmçinin radiasiya ilə yoluxma riski yüksək olduğundan vətəndaşlara yod həbləri verilib. “Anadolu” agentliyi xəbər verir ki, AES təhlükəli seysmoloji zonada yerləşdiyindən Avropa İttifaqı da vəziyyətdən narahatdır.

//Samir Qurbanov, Editor.az