Türkiyə-Ermənistan münasibətləri nə yerdədir?-Millət vəkili ŞƏRH EDİRbackend

Türkiyə-Ermənistan münasibətləri nə yerdədir?-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən ilin dekabr ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu illik qiymətləndirmə toplantısında Ermənistan tərəfiylə ilk görüşün özlərinin xahişi ilə Moskvada keçiriləcəyini qeyd etmişdi. Amma Türkiyə birinci görüşdən sonra birbaşa təmaslara üstünlük verdiyini bildirdikdə ötən il danışıqlarda bir müddət durğunluq yarandı. Bu gün isə Ermənistan baş naziri Nikol Paşinyan əlaqələrin tezliklə bərpa olunacağını deyir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, Türkiyə Ermənistanla münasibətləri bərpa edirsə, demək ki, qardaş ölkənin Ermənistandan yeganə şərti Azərbaycanla münasibətlərin normalaşdırmasıdır:

“Çox güman ki, Ermənistan hakimiyyəti bu sahədə olan razılığı ictimaiyyətə açıqlamır. Hələ ötən il nazir çıxışında irəli çəkilən əsas mövqe Rusiyanın rolu Ermənistan üçün əhəmiyyəti nədirsə, Türkiyənin də bu prosesdə Azərbaycanın mövqeyinə verdiyi önəm daha böyük və vacibdir. Türkiyə və Ermənistan arasındakı qarşılıqlı diplomatik münasibətlər 30 il ərzində dəfələrlə dalana dirənib. Kiçik cəhdlərdən və ya vacib qərarlardan bəzən də üçüncü ölkələrin və daxilindəki millətçilərin etirazlarına görə əl çəkilib”.

Millət vəkili qeyd edib ki, münasibətlərin yenidən qurulması istiqamətində ciddi addımların atılmasının vacibliyini Ermənistandakı rəhbərlik də anlayır:

“Lakin qardaş ölkənin şərti 30 ildə qüvvədə olduğu kimi bu gün də qüvvədədir. Qarşılıqlı münasibətlərə gedən yeganə yol Ermənistanın Azərbaycana olan işğalçı və revanşist siyasətdən əl çəkməsidir”.

//Gülnarə Abasova, Editor.az