Türkiyə-Ermənistan sərhədində görüş olacaqbackend

Türkiyə-Ermənistan sərhədində görüş olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 30-da Türkiyə və Ermənistan sərhədində iki ölkənin xüsusi nümayəndələrinin görüşü keçiriləcək.

Serdar Kılıç və Ruben Rubinyan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı danışıqların növbəti, beşinci raundunu keçirəcəklər.

Məlum olduğu kimi, Ankara ilə İrəvanın diplomatik əlaqələri yoxdur və ölkələr arasında sərhəd artıq 30 ildir ki, bağlıdır. Türkiyə mətbuatının məlumatına görə, sabah səhər saatlarında xüsusi nümayəndələr sərhədin Ermənistan tərəfində görüşəcək, çərşənbə axşamı günorta isə dialoq Türkiyə tərəfdən sərhəddə davam edəcək.

//Samir Qurbanov, Editor.az