Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı düşünür.
“Bloomberg” qeyd edir ki, Türkiyə rəhbərliyinin bu addımı Qafqazda ticarətin canlanmasına töhfə verəcək. Agentliyin hesabatında həmçinin vurğulanır ki, Azərbaycanla münasibətlərdə diplomatik irəliləyiş və Türkiyə ilə sərhədlərin açılması 2026-cı ilin yayına planlaşdırılan qarşıdan gələn seçkilərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın xeyrinə tərəziləri dəyişdirəcək. Mənbələr bildiriblər ki, əgər o qalib gələrsə, Bakı və Yerevan sülh müqaviləsini yekunlaşdıra biləcəklər və bundan sonra Türkiyə Ermənistana səfir təyin edə və diplomatik münasibətləri bərpa edə bilər.
Xatırladaq ki, Türkiyə 1993-cü ildə Qarabağ münaqişəsində Azərbaycanla həmrəylik əlaməti olaraq Ermənistanla sərhədini bağlayıb.
//Samir Qurbanov, Editor.az

