Türkiyə Estoniyaya da silah və hərbi texnika satacaqbackend

Türkiyə Estoniyaya da silah və hərbi texnika satacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Estoniyanın paytaxtında Estoniya Müdafiə İnvestisiyaları Mərkəzinin (ECDI) ölkənin təhlükəsizlik qüvvələrini təmin etmək niyyətində olduğu 4X4 və 6X6 ölçülü avtomobillərin tədarükü üçün müqavilənin imzalanması mərasimi keçirilib.

Tallinndə niyyət sənədini Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Estoniyanın müdafiə naziri Hanno Pevkur, müvafiq protokolu isə Türkiyə Respublikasının Müdafiə Sənayesi Administrasiyasının prezidenti Haluk Gergün imzalayıblar.

Editor.az “ANADOLU” agentliyinə istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə İnvestisiyaları Mərkəzinin (ECDI) baş direktoru Maqnus Valdemar Saar bildirib. Müqaviləyə əsasən, “Otokar” tərəfindən istehsal olunan ARMA 6X6 zirehli döyüş maşınları və NMS (YÖRÜK) 4X4 Nurol Makina zirehli döyüş maşınları Estoniyaya göndəriləcək.

Müqavilələri “Otokar”ın baş direktor müavini Sedef Vehbi və “Nurol Makina”nın baş direktoru Engin Aikol imzalayıb. Ümumilikdə Estoniya təhlükəsizlik qüvvələrinə təxminən 200 milyon avro dəyərində 230-a yaxın avtomobil veriləcək.

//Samir Qurbanov, Editor.az