Türkiyə ABŞ-dan F-35 qırıcıları almaq üçün xərclədiyi pulu qaytarmağa ümid edir.
Editor.az bildirir ki, bunu Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər deyib. “Sabah” xəbər verir ki, o, hazırda bu məsələ ilə bağlı tərəflər arasında müzakirənin getdiyini vurğulayıb. “Düşünürəm ki, F-35 üçün ödədiyimiz pulu geri ala bilərik, danışıqlar davam edir” – Müdafiə naziri deyib.
Xatırladaq ki, 2017-ci ildə Türkiyə ilə Rusiya Federasiyası S-400-lərin tədarükü üçün müqavilə imzalayıb. ABŞ Türkiyəni Rusiyadan zenit-raket kompleksləri almamağa və Amerikanın “Patriot”unu seçməyə çağırsa da, Türkiyə tərəfi bundan imtina edib.
Bundan sonra ABŞ Türkiyəni F-35 tədarükü proqramından çıxarmaq və respublika ilə qırıcılarla bağlı ortaq memorandumu ləğv etmək qərarına gəlib. Vaşinqton sanksiya siyahısına müdafiə-sənaye kompleksinin rəhbərlərini də daxil edib.
//Samir Qurbanov, Editor.az

