Türkiyə-Finlandiya-İsveç görüşünün tarixi məlum oldubackend

Türkiyə-Finlandiya-İsveç görüşünün tarixi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Finlandiya və İsveçin gözlənilən görüşünün tarixi məlum olub.

Editor.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmin görüşün martın 9-da Brüsseldə keçiriləcəyini bəyan edib. Nazirin sözlərinə görə, görüş yeri və vaxtı yaxşı seçilib.

Alyans bütün prosesi, eləcə də İsveç və Finlandiyanın öz öhdəliklərini necə yerinə yetirdiyini müşahidə edə biləcək. Qeyd edək ki, bu, iki Skandinaviya ölkəsinin NATO-ya üzvlük məsələsi ilə bağlı bu formatda keçirilən üçüncü görüş olacaq. Alyansın ölkələrindən yalnız ikisi – türkiyə və Macarıstan Skandinaviya ölkələrinin NATO-ya üzvlük ərizəsini hələ də təsdiq etməyib.

  //Samir Qurbanov, Editor.az