Türkiyə Finlandiya və İsveçə nəyin qarşısında “hə” dedi?backend

Türkiyə Finlandiya və İsveçə nəyin qarşısında “hə” dedi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verdi. Anlaşmaya görə:

– PKK və uzantılarına qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq;
– PYD/YPG və FETÖ-yə dəstəyin verilməməsi öhdəliyi;
– Silah satışında embarqoların aradan qaldırılması və s;

Beləliklə, Ankara istədiyini aldı. Hərçənd, məsələnin təkcə İsveç və Finlandiya ilə məhdudlaşmadığı da bəllidir. Çünki PYD/YPG və FETÖ-yə dəstək ABŞ-dan verilir, Helsinki və Stokholmun bu şəbəkəni himayə etməsi də Vaşinqtonun istəyindən irəli gəlir. Bu kontekstdə Türkiyənin razılaşmasının arxasında iki məqamın olması da mümkündür:

Birincisi, ABŞ-ın FETÖ məsələsində olmasa belə, PYD/YPG-yə münasibətinin dəyişməsi, bu terror təşkilatlarına dəstəyinin ən azı arxa plana keçməsi;

İkincisi, Türkiyənin Suriyada PYD\YPG terrorçularına qarşı yeni əməliyyatının önünün açılması;
Anlaşmanın yazılmayan tərəfindən bu məsələlərin olduğu istisna deyil.

Publika.az