Türkiyə gəmiləri Beyrut dəniz limanını tərk edibbackend

Türkiyə gəmiləri Beyrut dəniz limanını tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan sosial media hesabında bildirib ki, Livan xalqına humanitar yardım aparan və Türkiyə vətəndaşlarını Livandan çıxaran gəmilər Beyrutu tərk edərək Türkiyənin Mersin limanına gedir.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Livandan vətəndaşlarımızı təxliyyə edən və qardaş Livan xalqına humanitar yardım çatdıran gəmilər Beyrutu tərk edərək Mersinə doğru gedir”, – Hakan Fidan deyib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Türkiyə xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək, Türkiyənin Anadolu xəbər agentliyi xəbər verir.

//Samir Qurbanov, Editor.az